Onlayn ictimai-siyasi qəzet
Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında Nardaranda yerləşən məşhur "Yol əhvalatı" filminin bəzi hissələrinin çəkildiyi evdən bəhs olunub.
Deyilənə görə, bu evi Fransadan olan bir adam tikdirib. Onun qızı astma xəstəliyindən əziyyət çəkirmiş. Burada 40 gün qalandan sonra qızı sağaldığı üçün ata bu evi sanatoriya olaraq tikdirir ki, astma xəstələri gəlib şəfa tapsınlar.
Hazırda ailəsi ilə birlikdə bu evdə yaşayan və işləyən Məhəmməd bəyin sözlərinə görə, "Yol əhvalatı" filmi çəkilərkən onun 10 yaşı olub. "Bu tikili babamın ərazisində inşa olunub, nəzarətini də ona veriblər.
Bu ərazidə bundan böyük bina yox idi. O vaxtlar bura "Ağ ev" deyirdilər. Ailədə 11 uşaq olmuşuq. Hamımızın toyunu atam burada edib, bu evə 7 gəlin gətirib", - deyə Məhəmməd bəy söyləyib.
Ətraflı süjetdə:
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ