İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın sağçı partiyası ilk dəfə soyadı Le Pen olmayan lider seçib  


Avropa Parlamentinin 27 yaşlı deputatı Jordan Bardella Fransada ifrat sağçı Milli Birlik partiyasının rəhbəri seçilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu vəzifədə 54 yaşlı Marin Le Peni əvəz edib.
Le Pen bütün diqqətini Fransa parlamentində işləməyə yönəltmək istədiyini deyərək seçkilərə qatılmayıb. İyun ayında partiya ümummilli seçkilərdə 89 mandat qazanaraq tarixinin ən yaxşı nəticəsini əldə edib.
Bardella Milli Birlik partiyasında lider olmaq uğrunda seçkilərdə Marin Le Penin keçmiş tərəfdaşı və qurucu atasının komandasının uzun müddətdir Lui Alio ilə yarışıb və ona 75 faiz səs üstünlüyü ilə qalib gəlib.

Maraqlıdır ki, 27 yaşlı siyasətçi Fransanın kasıb şəhərətrafı bölgəsindəndir və immiqrant mənşəlidir. Məlum olduğu üzrə hazırda onun rəhbərlik etdiyi partiya uzun müddət radikal antisemitizm və anti-immiqrant ritorikası ilə tanınıb. Politoloqlar hesab edirlər ki, Bardellanın vəzifəyə gətirilməsində əsas səbəb seçicilər arasında partiyanın imicini dəyişməkdir.

Marin Le Pen siyasətdən getməyəcəyini açıqlayıb. "Ölkənin mənə ehtiyacı olduğu hər yerdə olacağam",-deyə radikal siyasətçi qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR