İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransalı nazir Maska müharibə elan etdi: Avropa Komissiyası hərəkətə keçməsə...

Avropa Komissiyası milyarder və hazırda siyasətçi İlon Maska qarşı mövcud qanunvericilikdən daha ciddi şəkildə istifadə etməlidir.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

Nazir hesab edir ki, dəfələrlə X sosial şəbəkəsində Avropadakı vəziyyət, Almaniya və Böyük Britaniyadakı siyasətlə bağlı mənfi fikirlərini açıqlayan, ölkələrin liderlərinə qarşı kobud ifadələr işlədən Maska qarşı sərt addımlar atılmalıdır: “Ya Avropa Komissiyası unikal məkanımızı qorumaq üçün mövcud olan qanunları son dərəcə qətiyyətlə tətbiq edəcək, ya da tətbiq etməyəcək, bu halda o, bunu etmək hüququnu Avropa İttifaqının üzvü olan Fransaya qaytarmaq barədə düşünməlidir”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR