Onlayn ictimai-siyasi qəzet
Fransa Erməni Hərəkatı bildirir ki, ölkənin cənubundakı bir neçə erməni təşkilatı (CCAF-Sud), Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasındakı fəaliyyətini dayandırıb.
Musavat.com xəbər verir ki, bu barədə “Bagramyan 26” kanalı məlumat yayıb.
Buna səbəb Şuranın rəhbəri, daşnak Murad Papazyanın hökumət əleyhinə fəaliyyəti olub.
Təşkilatların birgə bəyanatında deyilir ki, hazırda Cənubi Qafqazda və Yaxın Şərqdə vəziyyət çətin və qeyri-müəyyəndir. Belə bir zamanda Ermənistanın Avropa yönümlü siyasətinə və demokratik islahatlarına dəstək vacibdir. Ancaq Koordinasiya Şurasındakı daşnaklar bunun əksinə, Ermənistanın əleyhinə, Fransa ilə münasibətlərin zəifləməsi və Rusiyanın xeyrinə fəaliyyət göstərirlər.
Adı çəkilən təşkilatların Şuradakı fəaliyyətini dayandırmaq qərarı 8 may tarixindən qüvvəyə minəcək.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ