İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ - Bu şəhərlərdə...

Azərbaycanın Fransadakı səfirliyinin Konsulluq şöbəsi bu ölkədə yaşayan həmyerlilərimizə səyyar konsulluq xidmətləri göstərəcək.

Musavat.com bildirir ki, şöbə aprel-iyun aylarında Fransanın Bordo, Tuluza, Strasburq, Nitsa, Puatye, Kayen, Le-Man, Metz şəhərlərində səyyar konsulluq xidmətləri həyata keçirməyi planlaşdırır.

Xidmətlərə ümümvətəndaş pasportlarının yenilənməsi, konsulluq-hüquq məsələləri üzrə məsləhətlər daxildir.

Səyyar konsulluq xidmətlərinin səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan vətəndaşlarının ehtiyaclarını öncədən öyrənmək üçün tədbirlərə başlanılıb.

Konsulluq adı çəkilən şəhərlərdə yaşayan Azərbaycan vətəndaşlarına elektron poçt vasitəsilə öz təkliflərini ünvanlamaq üçün müraciət edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR