Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron növbədənkənar parlament seçkilərindən sonra 6 həftəlik siyasi böhrana son qoymaq üçün partiya liderləri ilə danışıqlara başlayır.
Musavat.com xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.
Məlumata əsasən, Makron yeni hökumətin parlamentin bütün qüvvələrini əhatə edəcək koalisiya içində qurulmasını istəyir.
Öncə parlamentdə ən çox yerə sahib olan solçu Yeni Xalq Cəbhəsi (NFP) ittifaqı ilə danışıq aparılacaq. Həmin partiya Makrondan Lüsi Kastetsi baş nazir təyin etməsini istəyib.
Prezidentin baş nazir seçməsi Milli Assambleyanın rəsmi təsdiqini tələb etməsə də, deputatlar hökuməti dərhal istefaya göndərmək üçün ona etimadsızlıq votumu verə bilərlər. Hazırda Fransa Milli Assambleyasının üç fərqli siyasət gündəliyi olan üç siyasi bloka bölündüyü nəzərə alınsa, bu, olduqca real ehtimal kimi görünür.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ