İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada şərab istehsalı çökür: Məhsulu alan yoxdur

Fransa hökuməti şərab istehsalçılarına dəstək üçün 200 milyon avro yönəldəcək.

Musavat.com Financial Times-a istinadən xəbər verir ki, Fransa Kənd Təsərrüfatı Nazirliyi Avropa Komissiyasından bunun üçün razılıq alıb. Ayrılan vəsait satılmayan şərab həcmlərinin sənayenin digər sahələrində istifadə edilməsi mümkün olan etanol istehsalına yönəldilməsinə sərf olunacaq.

Qəzetin yazdığına görə, Fransa şərab istehsalçıları daxili və xarici bazarda tələbin azalması üzündən böyük zərərlə üzləşiblər. Ayrılacaq 200 milyon avro dövlətin onlara dəstəyinin yalnız bir hissəsidir. Hesablamalara əsasən bu il Fransada satılmayan şərab həcmi 3 milyon geqalitr təşkil edəcək ki, bu da ölkə üzrə ümumi istehsalın 7 faizinə bərabərdir.

Fransa hökuməti şərab istehsalçılarına üzüm sahələrinin ləğv edilməsinə görə kompensasiya təklif edir. Bordo əyalətinin min təsərrüfatı bu proqrama qoşulub ki, nəticədə üzüm sahələri 9,2 min hektar azaldılıb.

“Kantar” analitik şirkətinin hesablamalarına əsasən son 10 ildə Fransada şərab istehlakı 32 faiz azalıb. Buna gənclərin daha sərt içkilərə üstünlük verməsi, bir qisminin ümumiyyətlə, alkoqollu içki qəbul etməməsi, yaxud pivəyə üstünlük verməsi səbəb olub. Fransanın kənd təsərrüfat naziri Mark Fesno şərab istehsalçılarına istehlakın tələbini nəzərə alaraq ona uyğunlaşmalı, istehsalı ona uyğun qurmalıdılar.

Qeyd edək ki, şərab və sərt içkilər Fransanın ixracında mühüm paya malikdir. 2022-ci ildə bu məhsulların ixracı 10 faiz artaraq 17,2 milyard avro təşkil edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR