Onlayn ictimai-siyasi qəzet
Fransanın şimal-qərbində, Brittany və Pays de la Loire bölgələrində Herminia qasırğası və daşqınlar 4000-ə yaxın evi elektriksiz qoyub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Morbihan, Loire-Atlantique və Ille-et-Vilaine departamentləri hava xəbərdarlığının ən yüksək səviyyəsini, "qırmızı" xəbərdarlıq elan ediblər.
Bazar günündən bəri Xilasetmə xidmətləri İlle-et-Vilaine departamentində 600-ə yaxın insanı təxliyə ediblər. İtkilər barədə məlumat verilmir.
Pis hava şəraiti dəmir yolu nəqliyyatında da fasilələr yaradıb. Xüsusilə bu gün Le Mans və Angers şəhərləri arasında sürət məhdudiyyətləri və qatar gecikmələri başlayıb.
Bretaninin inzibati mərkəzi olan Renn şəhərinin meri Natali Apperetin sözlərinə görə, daşqınlar bu və ya digər dərəcədə 15 minə yaxın insana ziyan vurub.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ