İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada məktəbə QANLI HÜCUM

Fransanın Nojan şəhərində 15 yaşlı şagird məktəbin girişində çantaların planlı yoxlanışı zamanı 31 yaşlı müəllim köməkçisini bıçaqlayaraq öldürüb.

Musavat.com xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Məlumatda bildirilir ki, faciə iyunun 10-da səhər saatlarında məktəb işçiləri təhlükəsizlik tədbirlərini həyata keçirərkən baş verib. Zərərçəkmiş aldığı bıçaq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsindəki müraciətində hadisəni “mənasız zorakılıq dalğası” adlandırıb.

Əməliyyat zamanı qolundan yüngül xəsarət alan 9-cu sinif şagirdi saxlanılıb. Yeniyetmə hazırda həbsdədir və istintaq cinayətin motivlərini müəyyənləşdirir.

Qeyd edək ki, eyni gün Avstriyanın Qrats şəhərində baş vermiş kütləvi atışmada 11 nəfər həlak olub. Bundan əvvəl, mayın sonunda Berlində 13 yaşlı yeniyetmə sinif yoldaşını bıçaqlayaraq ağır xəsarət yetirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR