İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada AKSİYA: Minlərlə litr şərab küçələrə axıdıldı - VİDEO

Fransada sahibkarlar hökumətin kənd təsərrüfatı siyasətinə etiraz etmək üçün aksiyalarını davam etdirirlər.

BAKU.WS xəbər verir ki, bu dəfə şərab istehsalçıları xarici ölkələrdən ucuz şərabların alınmasına qarşı hökumətin dəstəyinə etiraz məqsədilə fərqli aksiya keçirib.

Nümayişçilər İspaniyadan Fransaya satılmaq üçün gətirilən 5 şərab tankerinə hücum ediblər. Onlar Fransanın İspaniya ilə sərhəddə yerləşən avtomobil yolunu bağlayaraq tankerlərdəki ağ və qırmızı şərabları boşaldıblar.

Minlərlə litr içki yollara axıdılıb.

İspaniya və Mərakeş daxi olmaqla, şərab məhsullarının idxalı 2022-ci ildə Fransa bazarını milyon hektolitrdən çox şərabla doldurub. İdxalın 65%-i İspaniyadan gəlir və o şərabların şüşələri 1 avrodan aşağı qiymətə satılır, Fransa cənubunda istehsal edilən və satılan şərablar isə 3 avroya alıcılara təqdim edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR