İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa söz və fikir azadlığını boğmaqdadır

“Fransa tarixini araşdıranda müstəqillikdən sonrakı dövrdə qanlı səhifələrin çox olduğunu aydın görmək olar. Afrikada, Asiyada, Latın Amerikası ölkələrində və digər ərazilərdə neokolonializm siyasəti həyata keçirib, xalqları soyqırıma məruz qoyub, urbasid, ekosid, bir sözlə, ağır beynəlxalq cinayətlər törədib”.

Bu fikirləri Musavat.com-a millət vəkili Vüqar İskəndərov Azərbaycanlı jurnalistin Yeni Kaledoniyadan departasiya edilməsini şərh edərkən bildirib.

Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına diqqət çəkərək qeyd edib:

“Cənab Prezident Qoşulmama Hərəkatının sədri, dünyanın nəhəng siyasətçilərindən biri kimi Fransanın gözünün içinə baxaraq üzr istəməli olduğunu bildirib. Fransa tarixində bir çox prezident olub. Onlar zaman-zaman Azərbaycana qarşı, Minsk Qrupunun həmsədri kimi 30 il ərzində ermənilərin istəkləri ilə beynəlxalq siyasətdə mövqe sərgiləməklə yadda qalıblar. Makronun hakimiyyətə gəlməsindən sonra bu mövqe özünü daha açıq şəkildə göstərir. Makron həm Azərbaycana qarşı, həm də müstəqil siyasət həyata keçirən ölkələrə qarşı beynəlxalq hüquqa, norma və prinsiplərə hörmət etməyən və hələ də köhnə fikirlərlə yaşayan lider kimi tarixdə qalacaq. AZƏRTAC-ın əməkdaşının Yeni Kaledoniyadan deportasiya edilməsi bir daha bu ölkənin söz azadlığına, fikir plüralizminə qarşı olduğunun əyani göstəricisidir”.

V.İskəndərov Fransa dövlətinin Yeni Kaledoniya və digər ərazilərdə ona qarşı güclənən, azadlıq və müstəqillik uğrunda mübarizə aparan dövlətlərə qarşı despot rejimini daha da gücləndirdiyini vurğulayıb:

“Fransa söz və fikir azadlığını boğmaqdadır. AZƏRTAC əməkdaşının Yeni Kaledoniyadan deportasiya edilməsi buna bariz nümunədir. 21-ci əsrdə dünyada böyük təhdidlərin olduğu zamanda demokratiyadan, söz azadlığından dəm vuran Fransanın belə siyasəti qəbuledilməzdir. Sarı jiletlilərin aksiyası, ölkədə baş verən qanunsuzluqlara qarşı insanların mübarizə aparması Fransanın açıq simasıdır. Fransa Cənubi Qafqaz və başqa bölgələrə daxil olmağa cəhd göstərmək əvəzinə, öz daxilində qayda-qanun yaratsa, insanların fikir azadlığına, toplaşmaq hüququna hörmət etsə, onların layiqli yaşaması üçün lazımi addımlar atsa, saxladığı koloniyaları buraxsa, xalqların, millətlərin öz dövlətlərinin qurulmasına mane olmasa, daha yaxşı olar”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR