İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa şirkəti Rusiyadakı aktivlərini əldən vermək istəmir

Fransanın “TotalEnergies” şirkəti Ukraynada işğalçı müharibə aparan Rusiyadan maye qaz (LNG) alışını davam etdirmək niyyətindədir. Bu barədə şirkətin prezidenti Patrik Puyanne telekonfrans zamanı məlumat verib. O, bunu Rusiyadakı “Arktik LNG-2” layihəsindən qaz alışına dair müqavilədəki öhdəliklərlə izah edib.

Şirkət prezidenti bildirib ki, Rusiyadan əlavə qaz alınmayacaq: “Heç bir spot, əlavə həcmlər alınmayacaq. Biz Rusiyada bütün fəaliyyətləri uzunmüddətli müqavilələr əsasında həyata keçirirdik. Əgər “Arktik LNG-2” layihəsi üzrə istehsal başlanacaqsa, bizim burada öhdəliklərimiz var”.

Puyanne həmçinin əlavə edib ki, şirkət müqavilə öhdəliklərinə Rusiyadan LNG alışına sanksiya qoyulana qədər əməl edəcək.

Bundan əvvəl Total Energies bəyan edib ki, Rusiyanın “Novatek” şirkətindəki 19,4 faizlik payını hesabatlılığa daxil etməyəcək. Bu, şirkətə 3,7 milyard dollarlıq dəyər itkisinə səbəb olacaq. Lakin Fransa şirkəti 20 faizlik paya sahib olduğu “Yamal LNG” layihəsindən çıxmağı planlaşdırmır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR