İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa şirkəti Avropanı QƏZƏBLƏNDİRDİ

"QatarEnergy" ilə maye qaz alışına dair 27 illik müqavilə imzalayan Fransanın enerji nəhəngi "TotalEnergy" Avropada ciddi tənqidlərə məruz qalıb.

Musavat.com xəbər verir ki, ekoaktivistlər şirkəti Avropa Komissiyasının qazın satışının qısamüddətli hərraclarla həyata keçirilməsi tələbini, həmçinin enerji keçidi prosesini pozmaqda ittiham edirlər.

"Total" rəhbəri Patrik Puanye bu ittihamlara etinasız münasibət sərgiləməklə yanaşı, Qətərdən alınan qazın Avropaya satılmasının mütləq olmadığını bildirib. Onun sözlərinə görə, qaz başqa regionlara da çatdırıla bilər. Halbuki müqaviləyə dair ilkin açıqlamada alınacaq qazın Fransanın cənubundakı Fos-Kavau terminalına çatdırılacağı bildirilmişdi.

Qeyd edək ki, müqaviləyə əsasən, Fransa şirkəti 2026-2053-cü illərdə hər il Qətərdən 3.5 milyon ton maye qaz almalıdır. "QatarEnergy" ilə eyni müddətə qaz alışına dair müqaviləni "Shell" və "Eni" şirkətləri də imzalayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR