İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədə qadına toxunan kişi 7 il həbs oluna bilər

Avstraliyada 36 yaşlı kişi təyyarədə ABŞ vətəndaşı olan qadına qarşı nalayiq hərəkət etdiyinə görə yeddi ilədək azadlıqdan məhrum edilə bilər.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Federal Polisi məlumat yayıb.

Hadisə mayın 29-da baş verib, lakin şübhəli şəxs yalnız iyulun 9-da Sidney məhkəməsi qarşısına çıxarılıb. İstintaq materiallarına əsasən, uçuş zamanı kişi yatmış qadının yanına əyləşərək onun buduna və ombasına toxunub.

Qadın hadisədən sonra başqa yerə keçirilib və uçuşun qalan hissəsini orada davam etdirib. Təyyarə yerə endikdən dərhal sonra polis təcavüzkarı saxlayıb. Ona qarşı nalayiq hərəkət ittihamı irəli sürülüb. Bu cinayətə görə maksimal cəza yeddi il həbsdir.

Bundan əvvəl də "United Airlines" aviaşirkətinin sərnişini iki dəfə uçuş zamanı zorakı hərəkətlərə məruz qalmışdı. Naməlum şəxs qadının ayaqları arasına toxunmuş və onun bədənində göyərmələr qoymuşdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR