İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa parlamentinin saytı rusiyapərəst hakerlər tərəfindən dağıdıldı - FOTO

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın internet saytı bazar ertəsi haker hücumu səbəbindən bir müddət bloklanıb.

Kiberhücuma görə məsuliyyəti rusiyayönlü “NoName” haker qrupu öz üzərinə götürüb. Hücumun Fransanın Ukraynaya dəstəyinə cavab olduğu bildirilib.

Bir neçə saat ərzində sayta giriş mümkün olmayıb, əsas səhifədə isə saytın təmirdə olduğu yazılıb.

“NoName” Senatın veb saytına hücum etdiyini də iddia edib, lakin hələlik bu hücumun görünən nəticələri qeydə alınmayıb.

Qeyd edək ki, “NoName” Ukraynanı dəstəkləyən ölkələrdə, o cümlədən Qərbi Avropada fəaliyyət göstərən qurumları hədəf alan rusiyayönlü haker qrupudur.//Oxu.az

1679932496_f875620_1679928750893-capture-da-ei-cran-2023-03-27-ai-16-52-25.jpg (20 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR