İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa özünü İran kimi aparır - “demokrat”ların casus şəbəkəsi...

Fransa ciddi şəkildə casus qalmaqalı ilə üzləşib və bu, onun özü haqda yaratdığı “demokratik, şəffaf ölkə” imicini tamamilə darmadağın etmiş oldu. Faktiki olaraq Fransa özünü İran kimi aparır, qətiyyən ondan fərqlənmir. 

Qeyd edək ki, Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub.

Bu barədə erməni əsilli fransız jurnalist Leo Nicolian 7 yanvar 2024-cü ildə “X” (keçmiş Tvitter) sosial platformasındakı rəsmi səhifəsində məlumat verib.

O qeyd edir ki, “Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. Merkorama MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib”.

Qeyd edək ki, daha əvvəl Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.

“Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Azərbaycanda həbs olunub”.

Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə açıqlamasında deyib. “Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib.

Diplomatın sözlərinə görə, məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs- qətimkan tədbiri seçilib.

Azərbaycan səfiri qeyd edib ki, Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb.

Martin Rayanın atası Riçard isə AFP-yə bildirib ki, ailə artıq onunla danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.

Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını “persona non qrata” elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.

2023-cü il dekabr ayının 20-də Fransa prezidenti Emmanuel Makron baş verən ifşa faktlarına görə Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib.

Maraqlıdır, Fransanı İran variantına meylləndirən nədir? Rəsmi Parisin ənənəvi siyasəti belə olub, sadəcə, özünü pərdələyə bilirmiş, yoxsa bu yeni taktikadır?

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov: “Makron və komandası cənab İlham Əliyev qarşısında bu müstəvidə də məğlub oldu”

Deputat Bəhruz Məhərrəmov Fransanın çürük mahiyyətinin artıq tam şəkildə ifşa olunduğunu söylədi: “Ötən ayın əvvəllərində Qərb mətbuatında Cənubi Qafqaz, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması barədə məlumatların aidiyyəti səviyyədə təsdiqlənməsi əslində Makron Fransasının çürük mahiyyətinin rəsmiləşməsi oldu. Əlbəttə, bir neçə regionda onlarla ölkəni əhatələyən casus şəbəkəsinin formalaşdırılması bir neçə ayın işi ola bilməz. Görünən odur ki, illər ərzində Fransa regionda beynəlxalq hüquqa zidd davranışları, dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsiplərinə zidd fəaliyyətini gücləndirmək üçün bu üsula üz tuturmuş. Casus şəbəkəsi formalaşdırmağa Paris özünün destruktiv və qeyri-dost mövqeyinin realizəsi, müxtəlif platformalarda ölkəmizə qarşı davamlı hücumlar, habelə Parisin orbitinə daxil olan subyektlər, o cümlədən Azərbaycan daxilində bəzi təsisatlar və muzdlu siyasətçilərin anti-Azərbaycan addımlara təşviq edilməsində əsas istiqamət kimi baxıb. Lakin Cənubi Qafqazda geosiyasi situasiyanın təhlili göstərir ki, Azərbaycanın qələbəsi ilə formalaşan yeni reallıqda regionda Parisin neoimperializm niyyətlərinə yer qalmayıb və bu da öz növbəsində 30 il ərzində bölgədə qeyri-sağlam siyasət yürüdən, öz maraqlarını işğal və təcavüz faktoru üzərində quran Fransa üçün fiasko deməkdir. Nəticə etibarı ilə Vətən müharibəsi və sonrakı dövrlərdə Fransanın təxribatçı gedişlərini intensivləşdirməsi müşahidə olunur. Paris Azərbaycanda daxili qeyri-konstruktiv qüvvələrdən, satılmış siyasətçilər və muzdlu mediadan istifadə edərək stabilliyi hədəfə almaqla Afrika və Asiya, Okeaniya və Amerika qitəsində bu sahədə "uğurlarının" Qafqazda da davam edəcəyinə əmin idi. Lakin Makron rejiminin gözdən qaçırdığı bir reallıq var idi ki, o da Azərbaycanda Ulu öndərin özünün yaratdığı və hazırda da həmin ənənələri peşəkarcasına yaşadan əks-kəşfiyyat fəaliyyətinin dünyada ən yaxşılarından olması idi. Nəticədə Fransa şəbəkəsini çökdürməklə Bakı göstərdi ki, vahid dövlət siyasətinə əsaslanan Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması istiqamətlərinin tarazlaşdırılması, aidiyyəti orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması, həmçinin beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiyasının mövcudluğu şəraitində xalqın və ölkənin milli maraqlarının, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması ən yüksək səviyyədə təmin edilir. Daha konkret desək, nə Fransa, nə də digərlərinin agentura şəbəkəsinin Azərbaycana münasibətdə hərəkət imkanı yoxdur".

Deputat Makronun məğlubiyyətinə də işarə etdi: “Bir sözlə, Ermənistanın əsas havadarı kimi döyüş meydanında, habelə qlobal platformalarda hərbi-siyasi məğlubiyyətlərin ardınca Makron və komandası cənab İlham Əliyev qarşısında bu müstəvidə də məğlub oldu. Fransanın Afrikadan Okeaniyaya, Asiyadan Mərkəzi Amerikaya qədər uzanan nəhəng və "məğlubedilməz" fransız xüsusi xidmət şəbəkəsinin Azərbaycanda çökdürülməsi Paris üçün ciddi zərbədir. Digər tərəfdən, ilk dəfə məhz bu əməliyyatla Azərbaycan Fransa xüsusi xidmət şəbəkəsinin qlobal miqyasda cinayətkar mahiyyətini ifşa etməklə Parisin əsl simasını dünyaya göstərdi. Üstəlik, proses yalnız fransız diplomatların “persona-non-qrata” elan edilməsi məcrasında yox, həm də konkret və təkzibedilməz sübutlara əsaslanıb, casus (və ya casuslar) saxlamaq və həbs etməklə müşayiət olundu. Bu isə əslində Fransa neoimperializminə postsovet periodunda qlobal miqyasda vurulan əsas zərbədir".

Fuad Heydər: Artıq 3 ildir Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımızın  ruhları da şaddır | Xeberim.Az

Fuad Heydər: “Azərbaycanı hədəf almaq Fransaya heç nə qazandırmayacaq”

Politoloq Fuad Heydər hesab edir ki, bu gərginlikdən itirən, sadəcə, Fransa olacaq: “Fransanın Azərbaycanla bağlı yürütdüyü siyasət heç bir məntiqə əsaslanmır. Ən azından ona görə ki, Emmanuel Makrona qədər Azərbaycanla Fransa arasında münasibətlər normal olub. Lakin bu gün vəziyyət elə bir yerə gəlib çıxıb ki, diplomatik münasibətlər belə dondurula bilər. Bunu şərtləndirən amillər nələrdir deyə soruşsanız, bunun sadəcə bir izahı var, Qarabağ. Bəli, Qarabağda qazanılan zəfər Fransanı çox dərindən narahat edib. Bu, sadəcə, erməni diasporunun təsirinin nəticəsi deyil. Bildiyimiz kimi, Qarabağ yeraltı sərvətlərlə zəngindir. Xüsusilə də işğal dövründə ermənilərlə yanaşı Fransa da Azərbaycanın qızıllarını, sərvətlərini talayıb. Bu gün isə bütün bunlardan məhrum olan, eyni zamanda da Afrikadan da qovulan Fransa hələ də reallıqlarla barışa bilmir. Fransa uzun illərdir ki, müasir dünyada müstəmləkə siyasətinə davam edir. Fransa yeni dünyayla,  reallıqlarla barışmalıdır. Ən vacib reallıq isə ondan ibarətdir ki, Cənubi Qafqazın lider dövləti Azərbaycandır və Azərbaycanı hədəf almaq Fransaya heç nə qazandırmayacaq. Əksinə, hər şey əleyhinə çevriləcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR