İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa kanalı Ermənistanı xəritədən sildi - FOTO

Fransanın "Arte France" telekanalının "28 dəqiqə" verilişində Ermənistanın olmadığı Cənubi Qafqaz xəritəsi yayımlanıb.

Musavat.com axar.az-a istinadla xəbər verir ki, bu barədə "Le Figaro" nəşrinin direktor müavini Jan-Kristof Buisson sosial şəbəkədə məlumat yayıb.

"Mən qətiyyən inanmıram ki, bu, "Arte France"da qəsdən edilib və ya Azərbaycan televiziya lobbisinin hərəkətləridir. Lakin bu səhv göz və ürəyi ağrıdır: Ermənistan Qafqazın xəritəsindən sadəcə silinib. Ərdoğan və Əliyevin arzusu..." - Buisson yazıb.

Qeyd edək ki, Fransada mediaya güclü təsir edən erməni diasporuna qulluq göstərənlər dəstəsi öz səhvlərində belə Azərbaycanı və Türkiyəni "günahkar" çıxarmağa təşəbbüs edəcək qədər bəsitləşiblər. 

1271030.jpg (21 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR