Onlayn ictimai-siyasi qəzet
Fransada həbsxanalarda doluluq nisbəti hər ay artır.
Musavat.com fransız radiosu RFI-yə istinadən xəbər verir ki, hazırda ölkə üzrə 62 min nəfərlik həbsxanalarda 81 minə yaxın məhbus var.
Ədliyyə Nazirliyinin ötən ay verdiyi məlumata görə, cəzaçəkmə müəssisələrində doluluq 129,5 faiz təşkil edib. Yaşayış şəraitinin kifayət qədər pis olduğu 15 həbsxanada doluluq 200 faizə yaxındır.
Həddən artıq doluluq səbəbindən 4 mindən çox məhbus yerə döşənmiş döşəklərdə yatmağa məcburdur.
Fransada ədliyyə naziri vəzifəsinə təyin olunan Cerald Darmanin vəzifəsinin ilk günlərində həbsxanalardakı problemi həll etmək üçün bəzi islahatlar planlaşdırdıqlarını demişdi. Bu çərçivədə Darmanin qısa müddətli həbs cəzası alan cinayətkarlar üçün yeni və yerli həbsxanalar inşa edəcəklərini açıqlayıb.
Şahanə Rəhimli
Musavat.com
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ