İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa bizə 10 qol vurduğu komanda kimi baxırsa...

Bizim təhsil sistemində fransız dilinə xüsusi qayğı var, xüsusi məktəbləri də olmalıdır; bizə faktiki düşmən münasibət sərgiləyən ölkənin dilinə bu qədər rəğbət bəsləməməli, təbliğ etməməliyik

Bakı ilə Paris arasında münasibətlərin hazırkı səviyyəsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün dəqiq ifadə etdi: “Vəziyyət ondan ibarətdir ki, bu gün iki ölkə arasında münasibətlər mövcud olduğu 30 ildə ən aşağı səviyyədədir. Bu, faktdır” . XİN rəhbəri yaranmış vəziyyətə görə haqlı olaraq Fransanı suçlayıb və qeyd edib ki, bu ölkənin mövqeyi həmişə ermənipərəst olub, lakin Qarabağ nizamlanmasında vasitəçi olmaqla bunu uzun müddət “ustalıqla gizlədib”. “2020-ci ilə qədər belə idi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransa artıq ermənipərəst mövqeyini gizlədə bilmədi və ikitərəfli münasibətlərə ilk zərbələr o zaman vuruldu” deyə, XİN rəhbəri əlavə edib. Nazir onu da deyib ki, Azərbaycan xüsusi xidmət orqanlarında Fransa diplomatlarının ölkədə qanun pozuntusu törətdiyini təsdiqləyən sübutlar var. Diplomatın sözlərinə görə, Bakı Parisi səfirliyin əməkdaşları ilə bağlı araşdırma aparmağa çağırıb, lakin Fransa tərəfi bu xahişlərə məhəl qoymayıb. Fransanın da bizim iki diplomatı Bakıya geri göndərmək qərarı gözlənilən idi. Neçə vaxtdır ölkələr arasındakı gərginlik artıq açıq müstəviyə keçdi və dünyanın bəzi nəşrləri bundan yazır. 

Screenshot_8.png (665 KB)

Biz unutmamışıq ki, Qarabağ probleminin tarixi əslində elə Fransada başlayıb. Hələ 1985-ci ildə Parisdəki ermənidilli qəzet Naxçıvan və Qarabağ bölgələrinin Ermənistan ərazilərinə aid olması haqda “mübarizə manifesti” dərc edib. Daha sonra, gərək ki, 1988-ci ildə iqtisadçı akademik Aqanbekyan məhz Fransa qəzetinə müsahibəsində Ermənistanın əzəli Azərbaycana ərazi iddialarını səsləındirmiş, hətta “miatsumun iqtisadi əsaslandırmasına” cəhd etmişdi.

Nazir 30 illik tarixdə belə gərgin münasibətlərin olmadığını dedikdə haqlıdır. Amma bu üzdə belə olub. Fransa heç vaxt erməniyə tarxi bağlılıqlarını gizlətməyiblər. İnterner resurslarında bununla bağlı kifayət qədər materiallar var. Məsələn, 1994-cü ildə prezident Heydər Əliyev Fransaya ilk səfəri zaman Fransua Mitterana Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinin xəritəsini göstərib. Mitteran isə çiyinlərini çəkərək hər şeyi başa düşdüyünü, lakin heç nə edə bilməyəcəyini etiraf edib: “Ermənilər Fransaya yaxın xalqdır”. Ondan sonrakı prezident Jak Şirak Fransanın ermənipərəst rəğbətini daha açıq şəkildə izah edibmiş: “Biz onları iki yüz ildir tanıyırıq, onlarla dostuq...” Nikola Sarkozi də ermənilərə münasibətdə eyni mövqedən çıxış edib. Deyəsən, məhz onun prezidentliyi dövründə “erməni soyqırımını inkara görə cinayət məsuliyyəti” nəzərdə tutan qanun qəbul edildi. Ermənistana silah satılması isə prezident Fransua Ollandın hakimiyyəti illərində gündəmə gətirilib. 2014-cü ilin aprelində Ermənistan və Fransanın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlığına dair plan imzalanıb. Fransua Ollandın zamanında “soyqırımın 100 illiyi”(2015-ci ildə) proqramı qəbul edilib, bu qondarma tarix Fransada dövlət səviyyəsində antitürk tədbirləri kimi qeyd edilib. 

Screenshot_9.png (348 KB)

Azərbaycan Fransa prezidentləri ilə hər zaman dil tapmağa çalışıb. Fransa isə münasibətləri özü üçün cızdığı çərçivədə saxlamağa cəhd edib- nə Azərbaycana xüsusi rəğbət bəsləyib, nə nifrətini biruzə verib. Halbuki bu dövlətin yeddi arxa dönəni, markizləri, müsyoları erməni axçilərini məşuqə kimi saxlayıblar, qaynayıb-qarışıblar. Yəni biz Fransa dövləti ilə ermənilər arasındakı qan və bioloji qohumluqlarını qəbul etməli, onların ermənipərəst mövqelərinə çoxdan öyrəşməliydik. Bu ermənipərəstliyə qarşı da immunitetimiz olmalı idi. 

makron_pasinyan.jpg (200 KB)

Fransa millisi 1995-ci ilin payızında, hələ beynəlxalq yarışlarda heç bir təcrübəsi olmayan Azərbaycan millisini Avropa çempionatının seçmə mərhələsində 10:0 qalib gələndə biz bunların niyyətini qəbul etməliydik. Fransa o rekordu bugünlərdə təzələdir, Cəbəllütarik çillisinin qapısına 14 cavabsız top vurdu. Dünya mediası Fransanın bu qol görməmişliyindən, Cəbəllütarik millisini aşağılamaq niyyətindən də yazan oldu. Rəsmi Paris unudur ki, Azərbaycan da, onun ordusu da, hətta milli komandası da 95-ci ildəki deyil.

Afrikada törətdiklərinə görə Allah Fransanı cəzalandırdı. Fransa köçkünlər səbəbindən qara ölkə oldu, fransız etnosu elə bir zərbə aldı ki, indi millət olaraq gələcəkləri şübhə altındadır. İndi ancaq dillərini qorumağa və yaymağa çalışırlar. Baxmayaraq ki, fransız dilinə heç Avropanın özünündə xüsusi tələbat yoxdur. (Fransa və Brüssel istisna olmaqla). Yeri gəlmişkən, bildiyim qədəri bizim təhsil sistemində də fransız dilinə xüsusi qayğı var. Fransız məktəbləri də olmalıdır. Bizə faktiki düşmən münasibət sərgiləyən ölkənin dilinə bu qədər rəğbət bəsləməməli, təbliğ etməməliyik. Xurşidbanun heykəlinə qarşı vandal münasibət göstərənlərə biz niyə belə qayğı göstərməkliyik? 

uTJjHKXnYvk.jpg (261 KB)

Fransa xalqının bizimlə problemi yoxdur, amma Yelisey sarayında oturanların qarın ağırısı var. Makron Şak Jirakdan əskik ermənipərəst deyil, amma o bir az abırlı dövlət adam idi. Rəhmətlik Şamil Qurbanov “Şirak qudurub” demişdi, Makron haqda söz tapıb deyə bilmirsən...
Fransa dövlət olaraq əlbəttə dünyada gücünü qoruyur və bunu heç kim inkar etmir. Amma deyirik ki, Fransa, adam ol, bizimlə erməni dilində danışma. Ermənistan əlbəttə ki, Fransanın bu sevgisindən istifadə edərək, Parisi bizə qarşı doldurmaqda davam edəcək. Görək, hara qədər...

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR