İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa artıq milli sərvətlərini belə qoruya bilmir- SƏRT AÇIQLAMA

Fransanın müxalifət partiyası “Milli Birlik”in lideri Jordan Bardella Luvr muzeyində baş verən qarət hadisəsini ölkə üçün “dövlətin zəifləməsinin göstəricisi” adlandırıb.

Musavat.com xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkə “X” hesabında paylaşım edib.

“Luvr — mədəniyyətimizin dünyaya simvoludur. Burada baş vermiş oğurluq və Fransanın kral zərgərlik məmulatlarının ələ keçirilməsi ölkəmiz üçün dözülməz alçaltmadır. Dövlətin tənəzzülü hara qədər gedəcək?”, – Bardella qeyd edib.

Onun sözlərinə görə, hökumətin təhlükəsizlik zəifliyi artıq milli sərvətlərin belə qorunmasına mane olur və bu, Fransanın beynəlxalq imicinə ciddi zərbə vurur.

Hadisə ölkədə təhlükəsizlik və dövlətin nüfuzu ətrafında yeni siyasi mübahisələr yaradıb. 

 

Musavat.com

photo_2025-10-19_23-47-02.jpg (24 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR