İnsanlara hürriyət, millətlərə istiqlal!

“Forumun nəticələri münaqişələrin həllinə istiqamət verəcək”

Bakı növbəti Foruma evsahibliyi etdi, tədbirə qatılan iştirakçılarının sayının çoxluğu və təmsil etdikləri ölkələr onu deməyə əsas verir ki, məhz belə Forumun keçirilməsi zəruri idi.

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi sülhün və sabitliyin önəmini bir daha dünyanın diqqət mərkəzinə çatdırmaq idi. Humanitar forumların təşəbbüskarı və təşkilatçısı olaraq tanınan Azərbaycanın bu gün sülhə verdiyi dəstək ön plandadır. Forumların keçirilməsini təşviq edən “Bakı Prosesi” yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçıları özündə birləşdirməklə zəruri olan problemlərin həllinə yönəlir.

FORUM YENİ.jpg (165 KB)

Bu dəfəki Forumda sülhün vacibliyini diqqətə çatdırmaqla, qlobal təhlükəsizliyin əhəmiyyəti idi. Məhz yaxınlığımızda yaşanan Rusiya-Ukrayna müharibəsi, Qəzza zolağında baş verənlər miqyası daha da yaxınlaşdıranda Ermənistanın sülh Sazişini hələ də imzalamaması dünyanın və regionun sülhə olan ehtiyacını göstərir.

Hər kəs bilir ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. Ermənistanın törətdikləri işğalı və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını tələb edən BMT tərəfindən qəbul olunmuş 4 qətnaməni kağız parçasından başqa bir şey olmamış. Əksinə cəzasızlıq mühitinə uyğunlaşan Ermənistan yeni təxribatlar törətmiş, mütəmadi olaraq terrora və hərbi təcavüzünə davam etmişdir.

Yalnız 2020-ci ilin 27 sentyabrında başlanmış əks-hücum əməliyyatları ilə Ermənistan məğlubiyyətə düçar edilmiş, beynəlxalq hüquq bərqərar olunmaqla ölkəmizin gücü hesabına BMT-nin kağız üzərində qalmış qətnamələri də icra olunmuşdur.

Baş verən bu qədər faciələrdən sonra dünya aşkar şəkildə görür ki, Azərbaycan sülh gündəliyinin irəli aparılması istiqamətində ciddi səylər göstərir. Ermənistana Sazişin şərtlərini irəli sürür, kommunikasiyaların qurulmasında substantiv mövqe nümayiş etdirir. Yaxşı xəbərdə ondan ibarətdir ki, bu istiqamətdə birgə iş aparılır, vasitəçilər olmadan dialoqa nail olunub, bu addımların gələcəkdə Sazişin imzalanmasını labüd edəcək.

Sərhədlərin müəyyən olunması məqsədilə birgə komissiyanın yaradılıb, delimitasiya və demarkasiya işlərinə start verilib. Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmağa başladığı bir dövrdə Fransanın hər vəchlə artıq tarixdə qalmış münaqişəni alovlandırmağa cəhd göstərir, Ermənistanı silahla təmin edərək yeni müharibəyə sövq edir. Fransanın yeritdiyi neokolonist siyasət artıq dünyaya yaxşı məlumdur, müstəmləkəçiliyi hələ də öz dövlət xəttində mühüm yer ayıran bu Avropa dövləti məhz özünə aid olan işlərə müdaxilə edir, hazırda ölkəsində olan xaosdan yaxa qurtarmaq məqsədilə ölkəmizə qarşı sistemli qarayaxma kompaniyası aparır, yürütdüyü antiazərbaycan siyasəti ilə regionda sülhün bərqərar olunmasına, sabitliyə ziyan verməyə çalışır.

Təbii ki, bu gün ölkəmizin əsas hədəfi regionda eləcə də dünyada sülhə nail olmaq, sabitliyə töhfə verməkdən ibarətdir. Ölkəmizin 4 il müddətində Qoşulmama Hərəkatı kimi dünyanın ikinci ən böyük təşkilatına liderlik etməsi, məhz bu Hərəkatın lideri olaraq peyvənd milliyətçiliyinə son qoyulması, peyvəndin bərabər bölünməsi məqsədi ilə təşəbbüsləri və bu istiqamətdə atdığı addımlar ölkəmizin qüdrətlənməsində müstəsna rol oynadı.

Prezident İlham Əliyevin Forumda çıxışı zamanı COP-29 barədə ətraflı danışması və bu tədbirdə kimin planetə nə qədər zərər vurmasını deyil, ekologiyanın xilası istiqamətində görüləcək işlərin vacibliyini diqqətə çatdırması zənnimcə dünyaya vacib mesaj idi. Məhz problemin yaranmasında günahkar olan şəxsin deyil, problemin həlli istiqamətində atılan addımları qeyd etməsi gələcəyə yönələn addımdır. Məhz bu düşüncə bir daha deməyə əsas verir ki, dünya ölkələrinin yekdil qərarı ilə COP-29-un keçirilməsi Bakıya ona görə həvalə olunub ki, həll yolları tapılmasın və bu istiqamətdə addımlar atılsın.

Məhz Azərbaycan dünyada multikulturalizmin, tolerantlığın, birgəyaşayış siması olmaqla bərabər həm də humanitar təşəbbüslərin səbəbkarıdır. Belə ki, əsrlər boyu həyat tərzi kimi davam etməkdədir.

Hazırkı dövrdə qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, turizm və miqrasiyanın vüsət alması yeni imkanlarla yanaşı, çağırışlar da doğurur. Bu çağırışlar Azərbaycanda əsrlərlə hökm sürmüş multikultural həyat tərzinə mənfi təsirlər göstərə bilər.

Buna görə də cəmiyyətimizin ideoloji təhlükəsizliyi vacibdir. İdeoloji təhlükəsizliyimizin təməlində isə Azərbaycançılıq məfkurəsi dayanır. Azərbaycançılıq məfkurəsi dinindən, dilindən, cinsindən, etnik və digər mənsubiyyətindən asılı olmayaraq Azərbaycana bağlılığı nəzərdə tutur.

Adil Əliyev, vitse-spiker

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR