İnsanlara hürriyət, millətlərə istiqlal!

“Formada deyilik, amma...” - Qvardiola

İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində “Çelsi”nin qonağı olacaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

“Qafqazinfo” bu barədə “Sky Sports”a istinadən xəbər verir.

“İstirahətə təbii ki, vaxt ayırırıq. Bu məqama diqqətlə yanaşmaq lazımdır. “Çelsi”yə qarşı istirahət günü keçirəcəyimiz oyundan ən yaxşı nəticəni tələb edirəm. Bilirik ki, mümkün qədər qısa müddətdə çox xal toplamalıyıq. Hamıya bəllidir ki, ən yaxşı formada deyilik, amma bunun önəmi yoxdur. Komandada əhval-ruhiyyə çox yaxşıdır. Düşünmürəm ki, hazırda ideal komandaların sayı çoxdur. Mövsüm uzundur. Futbolçuların psixoloji hazırlığı olduqca önəmlidir. Bunun üçün onlara istirahət lazımdır”, - Qvardiola deyib.

Qeyd edək ki, matç avqustun 18-də baş tutacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR