Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Flora Kərimova ötən gün Bakıda əri tərəfindən 20 yaşlı gənc qadının və 8 aylıq körpəsini qətlə yetirilməsi hadisəsinə münasibət bildirib.
Musavat.com bildirir ki, Xalq artisti bununla bağlı "İnstagram" səhfəsində paylaşım edib.
“Başa düşməyə çalışıram, min səbəb, bəhanə gətirirəm. Bu, birinci deyil. Anaya-yoldaşına qıydın, qanı qanından, canı canında deyil. Bəs körpənə, qanı qanından olan dilsiz balaya necə qıymaq olar, ay “ata”? Dəşhətdir!", deyə Flora Kərimova bildirib.
Xalidə Gəray
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ