Onlayn ictimai-siyasi qəzet
Slovakiyanın baş naziri Robert Fitso İlon Maska məktub göndərərək, USAİD-in “ləğv edilməsi”nə görə təşəkkür edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Slovakiya hökumətinin başçısı bu addımın vacibliyini qeyd edib və milyarderdən “faydalı” təşəbbüsləri, onun fikrincə, ölkənin daxili proseslərinə kobud müdaxilə təşkil edən təşəbbüslərdən ayırmağa kömək etməsini istəyib.
Maraqlıdır ki, Fitso öz müraciətində hökumətdə heç bir rəsmi vəzifə tutmasa da, Maskı “cənab nazir” adlandırıb.
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ