Onlayn ictimai-siyasi qəzet
Daim müxtəlif sosialyönümlü layihələrə dəstək olan sevilən çay markası “Final” çay bu dəfə Gəncədə keçirilən qaçış marafonuna dəstək olub.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış müstəqillik ilinə həsr olunub. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gəlin birlikdə qaçaq” şüarı ilə təşkil edilən marafonda 400-500 nəfər qaçıb. Ölkənin müxtəlif bölgələrindən qatılan iştirakçılar ümumilikdə 11 km məsafəni qət ediblər. Gələn qonaqlar “Final” çayın müşayiəti ilə marafonu izləyiblər. Əsrarəngiz dadı və qoxusu ilə əsl Şri Lanka çayı olan “Final” çay yarışanlara hədiyyə qutusu təqdim edib.
Qeyd edək ki, 30 ilə yaxındır ki, istehlakçılara təqdim edilən "Final çay" artıq bir klassikaya çevrilib. Müasir texnologiyaların tətbiqi ilə istehsal edilən bu marka yüksək keyfiyyəti ilə hər kəsin sevimlisi olmağa davam edir.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ