İnsanlara hürriyət, millətlərə istiqlal!

Filippin ABŞ-dən “Typhon” raket qurğularını almağı planlaşdırır

Filippin hərbçiləri ABŞ-dən “Typhon” mobil yerüstü raket qurğularını almağı planlaşdırır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Filippin Quru Qoşunlarının general-leytenantı Roy Qalido bildirib.

"Biz onları almağı planlaşdırırıq. Onlar arxipelaqımızın müdafiə sistemlərinin tətbiqində funksionaldır", - o vurğulayıb.

General qeyd edib ki, adətən Filippində silahların alınması ən azı iki il çəkir.

ABŞ 2024-cü ildə iki ölkə arasındakı illik hərbi təlimlər çərçivəsində Filippinə “Typhon” qurğusunu göndərib. Çinin etirazlarına baxmayaraq, ABŞ komandanlığı bu silahı Filippində saxlamağa qərar verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR