İnsanlara hürriyət, millətlərə istiqlal!

Filip Riker vəzifəsindən istefa verdi


Filip Riker ABŞ Dövlət departamentinin Qafqazda danışıqlar üzrə baş məsləhətçisi vəzifəsindən istefa verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı yayıb.

“Bu gün biz səfir Filip Rikerin Qafqaz üzrə baş müşavir vəzifəsindən getdiyini elan edirik. Otuz ildən artıqdır ki, səfir Riker, Amerika Birləşmiş Ştatlarının xalqına sadiqliyini və xidmətini nümayiş etdirib. O,  dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi və Londondakı səfirliyimizdə müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib”, – Prays bildirib.

Səfir Rikerin ölkədən getməsi Birləşmiş Ştatların Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə dair öhdəliklərinə heç bir şəkildə xələl gətirmir. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşları və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli əlaqələri davam etdirir”,-deyə Ned Prays söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR