Onlayn ictimai-siyasi qəzet
Fevralın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli müğənni, bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan konsert keçirilib.
Musavat.com xəbər verir ki, gecədə dirijor Murtuza Bülbülün rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər – Xalq artisti Samir Cəfərov (tenor), Əməkdar artisti Ramil Qasımov (tenor) və Dmitri Sitkovetski (violin, Böyük Britaniya) dinləyicilər qarşısında çıxış ediblər.
Proqramda Azərbaycan xalq mahnıları “Bəri bax”, “Qara tellər”, “Xumar oldum”, “Noleydi” (səs və simfonik orkestr üçün işləyəni P.Bülbüloğlu), Polad Bülbüloğlunun “Konsert valsı”, “Məhəbbət və Ölüm” baletindən süita (“Meydanda bayram", “Ölüm dairəsi”, “Yaralı əsgərin gəlişi”, “Qara Məlikin faciəsi”, “Final”), simfonik rəqslər (“Qızların rəqsi”, “Şərq rəqsi”, “Yallı” – ilk ifa), violin və simfonik orkestr üçün konsert (“Agitato”, “Allegro”, “Lento”, “Vivo”) və “Rapsodiya” əsərləri səsləndirilib.
Yubilyar bəstəkarın da izlədiyi konsert proqramı alqışlarla qarşılanıb.
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ