İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı ABŞ-a BELƏ etiraz etdi

Milli Məclisdə ABŞ Senatının anti-Azərbaycan sənədinə etirazla bağlı müzakirələr zamanı deputat Fəzail Ağamalı çıxış edib.

Musavat.com-un xəbərinə görə, deputat Bayden administrasiyasının ölkəmizə qarşı qərəzli siyasətinə etirazını ifadə edərək bildirib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini həzm edə bilmir.

F.Ağamalı ABŞ Senatının qərəzli mövqeyinə etiraz əlaməti olaraq Amerikanın Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığından imtina etdiyini açıqlayıb.

“90-cı illərdə bəzi deputatlarla bərabər, ABŞ-da oldum. Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı statusu verdilər. Bu gün onların hər ikisindən imtina edirəm”, - deputat bildirib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR