İnsanlara hürriyət, millətlərə istiqlal!

Fətullah Gülənin varisi bu şəxs olacaq

 "Fətullah Gülənin ölümü yeni mövzular gündəmə gətirəcək. Aydındır ki, örgütün liderinin Türkiyədə dəfn olunması mümkün deyil. Böyük ehtimalla onu yaşadığı ABŞ-ın Pensilvaniya ştatının və ya başqa ştatın müsəlman qəbiristanlığında basdıracaqlar".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

Politoloq qeyd edir ki, ikinci məsələ örgütün fəaliyyətinin hansı şəkildə davam etdirəcəyi ilə bağlıdır:

"Fətullah Gülən ağır xəstəliyi səbəbilə varisini əvvəlcədən seçməmiş deyil. Həmin varis ya onun qohumlarından, ya da Pensilvaniyadakı yaxın ətrafından biri olacaq. Həmin varis şəbəkəni ayaqda saxlamağa və topladıqları milyardlarla dolları idarə etməyə çalışacaq. Həmin varis FETÖ içində Gülən qədər populyar olmacayağından örgütdə fikir ixtilafının dərinləşməsi istisna deyil. Türkiyənin müvafiq strukturları Gülənin ölümündən sonra ümumiyyətlə, örgütü çökdürməyə çalışacaqlar. Asan olmayacaq. Çünki örgütün ABŞ, Avropa, hətta Afrikada müxtəlif mərkəzləri fəaliyyət göstərir ki, hamısı gəlir gətirir".

Xatırladaq ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı, terrorçu Fətullah Gülən Türkiyədən qaçaraq uzun illər sığındığı ABŞ-da dünyasını dəyişib.

FETÖ başçısı Fətullahın ölüm xəbərini təşkilata yaxın saytlar və qardaşı oğlu yayıb. Bildirilib ki, o, oktyabrın 20-də axşam saatlarında ölüb.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR