İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstin lideri Moskvaya GEDİR

Fələstin lideri Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək.

Musavat.com “REN TV istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Mahmud Abbas yaxın vaxtlarda Moskvaya rəsmi səfər edəcək və orada Vladimir Putinlə danışıqlar aparacaq. Bundan sonra nə olacağı ilə bağlı konstruktiv söhbətə köklənəcəyik, çünki hər gün günahsız uşaqlar ölür", - deyə xarici işlər nazirinin müavini bildirib.

Qeyd edək ki, bundan əvvəl Putin və Abbas arasında telefon danışığı olub, Fələstin rəhbəri Rusiyanın dəstəyini yüksək qiymətləndirib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR