Onlayn ictimai-siyasi qəzet
2023-cü il dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisdəki müzakirələrdə çıxış edən Mədəniyyət komitəsinin sədri Fazil Mustafa mədəniyyət sahəsinə ayrılan vəsaitlə bağlı danışdı.
Musavat.com-un məlumatına görə deputat bildirdi ki, bu sahə üçün ayrılan 198 milyon manatlıq vəsait az hesab olunmalıdır: “Mədəniyyət sferasında çalışan insanların böyük əksəriyyəti çox aşağı əməkhaqqı alır. Vəsaitin az olması da bu cür yaradıcı potensialın ölkədə aşağı düşməsinə gətirib çıxarır”.
F.Mustafa daha sonra publik hüquqi şəxslərlə bağlı məsələdə ciddi islahata ehtiyac olduğunu söylədi.
Bildirdi ki, bu məsələ ilə bağlı düşüncə dəyişməlidir:
“2022-ci ildə 40 publik hüquqi şəxs yaradılıb və bunun üçün 442 milyon manat vəsait ödənilib. Bunun iqtisadi mahiyyəti dövlətin büdcə yükünü azaltmaqdır. Amma əksinə, get-gedə büdcə yükü artır. Demək ki, bu sistemin yaradılmasının məqsədəuyğunluğuna bir daha baxılmalıdır”.
F.Mustafa xatırlatdı ki, dövlət sifarişlərinin əksəriyyətinin öhdəliklərini publik hüquqi şəxslər yerinə yetirə bilmir.
E.Paşasoy,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ