Onlayn ictimai-siyasi qəzet
Deputat Fazil Mustafa “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi barədə danışarkən öncə layihəni təqdir etdi.
O bildirdi ki, Azad İqtisadi Zonaya istənilən səlahiyyətlər verilməlidir və bu mənada bir sıra məsələlərin müzakirəsi faydalıdır. Ancaq deputat qeyd etdi ki, “burada 75 faizlik rəqəm qoyulması rəqabətə problem yaradacaq, biz o rəqəmi aşağı salmalıylıq”.
F.Mustafa qeyd etdi ki, bu, rəqabətə maneçilik yarada, inhisarçıların əlini möhkəmləndirə bilər. “Mən bütövlükdə azad iqtisadi zonanın inkişafına pozitiv yanaşıram. Bu qanunu real iqtisadiyyatımız üçün nəfəslik kimi qiymətləndirirəm”.
E.Paşasoy,
Musavat.com
07 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ