İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Azərbaycan qadınına həyat yoldaşı seçmə hüququ verməmişik”

Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna dəyişikliklər müzakirə olunub.

Musavat.com bildirir ki, qanun layihəsini komitə sədri Hicran Hüseynova təqdim edib.

Deputat Fazil Mustafa Milli Məclisin iclasındakı çıxışında Azərbaycandakı ailə institutunun vəziyyətindən bəhs edərək bu sahədəki acınacaqlı məqamlardan danışıb.

Xatırladıb ki, biz 1918-ci ildə müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququ verdiyimizi fəxrlə qeyd edirik və bir milli brendə çevrilib. “Amma biz gerçəklikdə Azərbaycan qadınına ixtisas seçmə, məktəb seçmə, hətta həyat yoldaşı seçmə hüququ verməmişik”-deputat əlavə edib. F.Mustafa qeyd edib ki, əslində məişət zorakılığın iki əsas fundamental səbəbi var. Birincisi normal təhsil almamaq, ikincisi də psixi problemlər, narkotikanın təsiri və sair. Deputat qeyd edib ki, dövlət tərəfindən ən gözəl məktəblər tikilib. Amma Bakıdakı siniflərdə minimum 35-40 uşaq təhsil alırsa, orada yüksək təhsildən söhbət gedə bilməz. F.Mustafa vurğulayıb ki, məişət zorakılığının əsas səbəblərindən biri də narkomaniya və alkoqolla bağlıdır. Ailə institutunun dağılmasının əsas səbəblərindən biri məişət zorakılığıdır. Deputat xatırladıb ki, biz sığınacaq tikirik. Ancaq hansı rayonda qadın gedib sığınacaqda yaşayar? Həmçinin qeyd edib ki, bu gün təlim anlayışı məktəbdən uzaq düşüb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR