Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terimin qızı Merve Terim "Fənərbağça Beko" - "Anadolu Efes" matçından sonra Aki Koça söz atıb.
Super Liqanın final seriyasının üçüncü matçında "Fənərbağça Beko" və "Anadolu Efes" komandaları üz-üzə gəlib.
"Anadolu Efes"in bu qələbəsindən sonra Merve Terim paylaşım edib.
"Dostlar, nəyə nail olduğunuzu başa düşmürsünüz, böyük partiyanı məhv etdiniz", - Merve qeyd edib.
Qeyd edək ki, "Fənərbağça"nın prezidenti Ali Koç liqanın 37-ci həftəsində "Qalatasaray"a səfərdə qalib gəldikləri matçdan sonra futbolçularına "Nə əldə etdiyinizi anlayın. Böyük partiyanı dağıtdınız. Məğlubiyyətsizlik seriyanızı bitirdiniz", - deyə müraciət etmişdi./BAKU.WS
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ