İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatih Terim Əliyar Ağayevin idarə etdiyi oyunda əsəbiləşərək telefonunu yerə çırpdı – VİDEO

Fatih Terimin baş məşqçisi olduğu “Panatinaikos” öz meydanında “Aris”ə 0:1 hesabı ilə məğlub olaraq çempionluq yolunda böyük zərbə alıb.

Məğlubiyyətdən əsəbiləşən Terim mobil telefonunu yerə çırpıb. Təcrübəli məşqçini matçdan sonra azarkeşlər də fitə basıb.

Qeyd edək ki, ardıcıl ikinci dəfə məğlub olan “Panatinaikos” turnir cədvəlində 71 xalla üçüncü sırada qərarlaşıb. Terimin komandası çempionatın bitməsinə 2 həftə qalmış lider AEK-dən 4 xal geridədir.

Məlumat üçün bildirək ki, “Panatinaikos” və “Aris” komandaları arasında keçirilən matçı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR