İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatih Portakal karyerasına son qoyur - "Bundan sonra..."

Sözcü TV-nin Ana Xəbər aparıcısı Fatih Portakal, televiziya karyerasını başa vuracağını açıqlayıb.

Musavat.com xəbər verir ki, 57 yaşına çatdığını bildirən jurnalist, artıq tamamilə təqaüdə çıxmaq istədiyini deyib.

Portakal, YouTube kanalında keçirdiyi canlı yayımda 10 fevral bazar ertəsindən etibarən YouTube yayımını dayandıracağını, iyun ayından sonra isə tamamilə təqaüdə çıxaraq Sözcü TV-dən ayrılacağını bildirib. O, təqaüd həyatına İzmir şəhərində davam edəcəyini də qeyd edib.

Digər tərəfdən, Fatih Portakal Sözcü TV-dəki ana xəbər buraxılışında jurnalist Barış Pehlivanı tənqid edərək, jurnalistikanın etik qaydalarına diqqət çəkib. O, Pehlivanın izinsiz səs yazısını paylaşmasının cinayət sayıldığını və bu qaydanın bütün jurnalistlərə məlum olduğunu bildirib. Bununla belə, Pehlivanın gözaltına alınma formasını düzgün hesab etmədiyini vurğulayıb.

Fatih Portakal, FOX TV-dən ayrıldıqdan sonra YouTube-da fəaliyyət göstərmiş, daha sonra isə Sözcü TV vasitəsilə yenidən ekranlara qayıtmışdı. Lakin bu dəfə onun televiziya və jurnalistikaya tamamilə vida etdiyi məlum olub. 

Mənbə: https://www.haberturk.com/fatih-portakal-emekli-oluyorum-3763405

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR