İnsanlara hürriyət, millətlərə istiqlal!

Fanatları Madonnanı məhkəməyə verdi

ABŞ-ın Nyu-York şəhərində fanatları Madonnanı məhkəməyə veriblər.

Məlumata görə, buna səbəb müğənninin konserti iki saat gecikdirməsi olub.

Konsert gecə saat birdə bitib. O vaxt konsertdən çıxan pərəstişkarlar nəqliyyat problemi ilə üzləşiblər. Belə ki, gecə saatlarında avtobus az olub, fanatların çoxu taksi ilə evə getmək məcburiyyətində qalıb. Evlərinə gec çatan adamlar səhər də işə getmək üçün oyanmaqda çətinlik çəkiblər.

Fanatlar iddia ərizəsində ulduzu ədalətsiz ticarətdə ittiham ediblər. Onların fikrincə, konsert vaxtının gecikdirilməsi biletdə yazılan şərtləri pozub. Madonnanı konsertinin gec başlamasına görə məhkəməyə verib və ertəsi səhər işə getmək üçün tez durmalı olduqlarına görə narazılıq ediblər.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR