Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kütahya vilayətində 3 masaj salonu da daxil olmaqla 12 ünvanda eyni vaxtda həyata keçirilən əməliyyatda fahişəliyə məcbur edilən 10 qadın xilas edilib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 9 şübhəli saxlanılıb.
Əməliyyatın aparıldığı ünvanlarda kamera sistemləri aşkar edilib. Axtarışlar zamanı 162 ədəd sintetik həb, 43 ədəd boş patron, 4 ədəd bıçaq, 2 ədəd planşet və çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Saxlanılan 9 şübhəlinin polis bölməsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Musavat.com
05 Noyabr 2024
04 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ