Onlayn ictimai-siyasi qəzet
Ötən gün Cəlilabadda baş verən ölüm hadisəsinin bəzi təfərrüatı məlum olub.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Aybəniz Əbilova Bakıda övladları ilə birlikdə kirayədə yaşayıb. Oğlu əsgərlikdən yeni gəlib. Qızı isə tələbədir. Qadın paytaxtdakı gözəllik salonlarının birində çalışırmış.
A.Əbilova üç gün əvvəl Cəlilabaddakı evlərinə baş çəkmək üçün gedib. Əri telefonunda yad nömrə gördüyü üçün aralarında mübahisə düşüb. Daha sonra əri işə gedib. Evdə tək olan qadın evi təmizləyib, həyəti süpürüb, ağacları suvarıb, axşam üçün yemək hazırlayıb və həyatını sonlandırıb.
1986-cı il təvəllüdlü Aybəniz Əbilova hadisə zamanı evdə tək olub.
Onun həyat yoldaşı uzun müddət giriş qapısının açılmamasından sonra hasarı aşaraq həyətə, ardınca evə daxil olub.
Daha sonra evdə yoldaşının cansız bədəni aşkar edilib.
Qeyd edək ki, A.Əbilova iki övlad anası idi və bir qızı bu il universitetə qəbul olub.
Bu yaxınlarda isə, mərhumun doğum günü təntənəli şəkildə qeyd edilib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ