Onlayn ictimai-siyasi qəzet
"On minlərlə günahsız fələstinli günlərdir dünya ictimaiyyəti qarşısında qətlə yetirilir. Bu məqamda biz daha bir faciə ilə üz-üzəyik".
Musavat.com xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Albaniyanın xarici işlər naziri İqli Həsəni ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Qəzzada İsrail tərəfindən girov götürülənlərin aclıq və epidemiya xəstəlikləri nəticəsində qırılma təhlükəsi var.
"Qəzzaya buraxılmayan humanitar yardım və tibbi ləvazimatlar içəridə böyük bir fəlakətin xəbərçisidir”.
Musavat.com
30 Sentyabr 2024
29 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ