İnsanlara hürriyət, millətlərə istiqlal!

Əziz Orucovun ailəsi tanınmış hüquq müdafiəçiləri ilə görüşdü - FOTO

Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı və Çingiz Qənizadə bu gün "Kanal 13" internet televiziyasının həbs edilmiş rəhbəri Əziz Orucovun ailəsini onların xahişi ilə qəbul edib.

Monitorinq Qrupundan Musavat.com-a verilən məlumata əsasən, ailə üzvlərindən Əziz Orucovun anası Almaz Həsənova və həyat yoldaşı Lamiyə Orucova qəbul edilib.

Görüş zamanı Əziz Orucovun ailə üzvlərinin şikayətləri dinlənilib, müəyyən suallara Monitorinq Qrupunun üzvləri tərəfindən cavab alınıb.

Qərara alınıb ki, Əziz Orucovun işi Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun nəzarətinə götürülsün. Bu işlə bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşmək üçün müraciət ediləcəyi qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR