İnsanlara hürriyət, millətlərə istiqlal!

"Evsiz" ləqəbli 65 yaşlı kişinin evindən görün nələr çıxdı - VİDEO/FOTO

Türkiyənin İsparta vilayətində küçələrdə yaşadığı düşünülən və sosial mediada “evsiz” kimi tanınan 65 yaşlı Həmdi Vuralın üzə çıxan mal-mülkü hər kəsi şoka salıb.

Musavat.com xəbər verir ki, eyni zamanda mülk sahibi Həmdi Vuralın psixoloji problemləri olduğu açıqlanıb.

Ispartanın Yalvaç rayonunda bələdiyyəyə məxsus Mədəniyyət Mərkəzi İş Binasında yerə qoyduğu kartonlar üzərində yaşayan Vuralın əslində Kaşüstü Məhəlləsində iki mənzili var imiş.

Küçədə kartonların üzərində yatan Vurala bələdiyyə işçiləri zaman-zaman kömək edirmiş. Bələdiyyə işçiləri Vurala yemək verib, onu bələdiyyə hamamında yuyunmasını təmin ediblər. Daha sonra bərbərə aparılan Həmdi Vurala yeni paltar geyindirilib və şəhər mərkəzindəki otelə yerləşdirilib.

Lakin araşdırmalardan sonra real vəziyyət üzə çıxıb. Belə ki, Həmdi Vuralın biri kirayədə olmaqla iki mənzili var imiş. 
Kaşyüük məhəlləsində bir mənzili və Boncuk küçəsində kirayə gəliri olan ikinci mənzili. Vuralın öz evini zibilxanaya çevirdiyi də müəyyən edilib. Birinci mərtəbədə yerləşən mənzilin qapısına qədər zibil yığan Vuralın evinin halı bələdiyyə işçilərini dəhşətə gətirib.

Yalvaç bələdiyyəsi 13 nəfərlik qrupla həmin mənzildə təmizlik işləri aparıb.

3 qız atası olan Həmdi Vuralın qızlarının xaricdə yaşadığı açıqlanıb.

Musavat.com

AW361996_08

AW361996_06

AW361996_05

AW361996_04

AW361996_03

AW361996_02

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR