Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb.
Ev sahibi Zakir Qasımovun sözlərinə görə, evi özü yandırıb: "İstəmirəm ki, ev arvadıma, oğluma qalsın. 10 ildir ki, aramızda söz-söhbət var". (baku.tv)
***
Sumqayıt şəhərinin Qurd dərəsi adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunaraq yanğını qısa müddətdə söndürüblər və alovun yaxınlıqdakı tikililərə keçməsinə imkan verilməyib.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib.
İddialara əsasən, yanğını ev sahibi qəsdən törədib. Faktla bağlı araşdırma aparılır.
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ