İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallı ilə "Canlı debat"! Ölkə tv-ləri Laçında! Sabah təntənəli təslim gözlənilir!

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Dövlət başçıları Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

Kremldən bildirilib ki, tərəflər Rusiya sülhməramlılarının regionda sabitliyin təmin edilməsindəki rolunu qeyd ediblər. Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir. "Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi təsdiqlənib. Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin regionda sabitliyin təmin edilməsində rolu qeyd edilib”, - deyə Kremlin rəsmi məlumatında bildirilib. Danışıq zamanı Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələlərinə də toxunulub.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR