İnsanlara hürriyət, millətlərə istiqlal!

Evdə təcrid olunmuş vəziyyətdə olan Azərbaycanın əməkdar artisti DANIŞDI: “10 gündən sonra...”

Qalxanabənzər vəzi xərçəngindən əməliyyat olunan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov son durumu barədə Musavat.com-a danışıb.

YADİGAR.jpg (200 KB)

Əməkdar artist özünü yaxşı hiss etdiyini bildirib:

“Allah məni istəyib ki, xəstəliyimdən vaxtında xəbər tutmuşam. Bu da bir qismətdir. Oktyabr ayında kiçik oğlumu həkimə aparmışdım, orada dedilər ki, sən də müayinə olun. Qalxanabənzər vəzidə zob, zobdan da metastaz verib limfa düyünlərinə. Noyabrın 23-də isə əməliyyat olundum. Əməliyyatım uğurla və təmənnasız keçdi.

Özümü yaxşı hiss edirəm, üzü bu yanayam (gülür). Hazırda yod terapiyası davam edir. Yeriyə bilirəm. Həkimim deyir ki, terapiyaya görə adamların arasına çıxmaq olmaz. Hazırda evdə təcrid olunmuş vəziyyətdəyəm. Mənim şüam evdəkilərə dəyməsin deyə otaqdan çıxmıram. Təxminən 10 gündən sonra insanların arasında ola biləcəm. Konfet alıb gələrsiniz, bir çay içək (gülür)”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR