İnsanlara hürriyət, millətlərə istiqlal!

“Evdə oturacağam” – Yazıçı Anardan doğum günü açıqlaması

Bu gün Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin doğum günüdür. Yazıçı 87 yaşını qeyd edir.

Musavat.com bu münasibətlə yazıçını təbrik edib və özəl günün təəssüratlarını öyrənib.

Uzun-uzadı danışmaqla arası olmayan Xalq yazıçısı qısa açıqlama ilə kifayətlənib:

“İnsan dürüst ömür yaşamalıdır. Adətən deyirlər ki, yaş kişinin var-dövlətidir. Bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Yəqin ki, belədir, madam ki, bu qədər ömür sürmüşük, elə hesab edək.

Bu gün çox məşğulam. Ad günümü təmtəraqlı qeyd etməyəcəyəm. Evdə oturacağam, vəssalam”.

Qeyd edək ki, son günlər yazıçı Anar şair İlham Qəhrəmanla yaşanan qalmaqalla gündəmdədir. AYB Anarı və birliyi ağır iddialarla ittiham edən şairi məhkəməyə verib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR