İnsanlara hürriyət, millətlərə istiqlal!

Ev sahibindən qadına qarşı ŞOK: "20 min təklif edib, dedi ki..." - FOTO, VİDEO

İstanbulda Mehmet Cengiz Bilik adlı kişi evində kirayə qalan qadına xəsarət yetirib.

Musavat.com xəbər verir ki, buna səbəb ev sahibinin mənzilin aylıq kirayə haqqını 3 dəfə artıraraq başqasına vermək istəməsi olub.

Rusiya vətəndaşı Gülcihan Kritçkaianın evdən çıxmadığını görən Mehmet Cengiz Bilik dəfələrlə evə basqın edib, qadına xəsarət yetirib, əşyaları dağıdıb, hətta onu öldürmək üçün binanın mühafizəçilərinə 20 min dollar təklif edib. Onlar birlikdə qadını və onun evindəki qonağı yaralayıblar.

"20 min dollar təklif edib dedi ki, onunla birlikdə mənzilə daxil olub, qadını vuraq" - binanın mühafizəçilərindən biri olan Nizam Şimşek deyib.

Nəticədə məhkəmənin hökmü ilə Mehmet Cengiz Bilik 7 il 1, binanın mühafizəçiləri Nizam Şimşek və Serdar Ok hər biri 2 il 1 ay müddətinə azadlıqdan məhrum ediliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR