İnsanlara hürriyət, millətlərə istiqlal!

Ev almaq istəyən "qaçqınlar" aldadılıb - Sektor müdiri vəfat edib, xadimə cəzalanıb

Sumqayıtda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində xadimə işləmiş qadın dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib.

Musavat.com xəbər verir ki, 46 yaşlı Xalidə adlı qadın iş yoldaşının qohumlarına qaçqın və məcburi köçünlərə dövlət tərəfindən verilən mənzillərin alınmasında kömək edəcəyini deyib.

Razılığa əsasən, Xalidə iş yoldaşının 3 qohumuna ev verilməsini təmin etmək adı ilə onlardan 8750 manat pul alıb.

Xalidə bu işi çalışdığı müəssisənin sektor müdiri Elvin Mikayılov vasitəsi ilə həll edəcəyini söyləyib.

Zərərçəkmiş şəxslər hər ev üçün nəzərdə tutulan 1300 manatlıq şirinliklə birlikdə 8750 manat pulu Xalidəyə veriblər. Onların sözlərinə görə, qeyd edilən məbləği Xalidəyə iş yerinin qarşısında veriblər.

Hadisə 2020-ci ilin əvvəllərində baş verib. Vətən müharibəsindən sonra torpaqlar işğaldan azad edilib və zərərçəkmiş şəxslər Xalidədən pulu tələb ediblər. Səbəb olaraq da bildiriblər ki, torpaqlar işğaldan azad edildiyi üçün artıq qaçqınlara ev verilməyəcək.

Xalidə bir müddət zərərçəkmişlərə vəd verərək işi uzadıb. 2021-ci ilin avqust ayında isə sektor müdiri olan Elvin Mikayılov ağır xəstəlik səbəbindən dünyasını dəyişib.

Təqsirləndirilən Xalidə ifadəsində aldığı pulu Elvin Mikayılova verdiyini bidirib.

Zərərçəmiş şəxslər Xalidədən şikayət etdikdən sonra onun barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Xalidə zərərin 3 min manata yaxınını ödəsə də, qalan hissəsini ödməyib. Zərərçəkmişlər ondan şikayətçi olub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində 2 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR