Onlayn ictimai-siyasi qəzet
“Eurivision”da İsraili təmsil edən Eden Qolanla bağlı qalmaqal yaranıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, mayın 9-da keçirilən yarımfinal konserində çıxış edən Eden Qolanın çıxışı zamanı zal yarı-yarıya bölünüb - bəziləri onu fəal şəkildə dəstəkləyib, tamaşaçıların bir yarısı isə müğənninin təmsil etdiyi ölkənin Fələstinə qarşı hərbi əməliyyatlarına görə onu fitə basıb, çığır-bağır salıb. Mühafizəçilər bu səbəbdən bir neçə nəfəri zaldan çıxarıblar.
“Eurovision”un mühafizə xidməti Qolana ciddi təhlükəsizlik altında olduğu otel otağından çıxmağı qadağan edib. Qız sosial şəbəkələrdə hər gün yüzlərlə təhdid aldığını bildirib.
Bildirilir ki, 5 yaşında valideynləri ilə birlikdə İsraildən Moskvaya köçən Eden Rusiyanın Ukraynada müharibə başlamasına qədər bu ölkədə yaşayıb. 2016-cı ildə o, “Artek”də uşaq musiqi yarıçmasında çıxış edib - Nyusha ilə birlikdə müsabiqədənkənar çıxışlar çərçivəsində "Ayda ulama" mahnısını oxuyub. Qolan Rusiyanın uşaqlar arasında keçirilən “Səs” müsabiqəsinin finalçısı olub.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ